Avtobus 70 metr hündürlükdən dərəyə aşdı: 21 nəfər öldü

 21:46 02.03.2021     63

Boliviyanın mərkəzi hissəsində avtobusun dərəyə aşması nəticəsində 21 insan həlak olub.

Axar.az xəbər verir ki, ölənlərin sayının artacağı istisna edilmir. İlkin məlumata görə, avtobusda ümumilikdə 45 sərnişin olub.

Kocabambadan yola çıxan sərnişin avtobusunun 70 metr hündürlükdən dərəyə düşdüyü bildirilir. Qəzanın səbəbi hələlik müəyyənləşməyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/542040.html