Ərdoğanın islahat proqramını ləkələyənlər... - Çelik

 23:10 02.03.2021     65

İslahatları ləkələməyə başlayanların dərdi insan haqları deyil.

Axar.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.

"Prezidentimizin elan etdiyi islahatlar xalqımız və ölkəmizə aiddir. Plan açıqlandığı ilk dəqiqədən islahatları ləkələməyə çalışanların probleminin insan hüquqları olmadığı aydındır. İnsan hüquqları adı altında başqa şeylərlə məşğul olanların narahat olması normaldır", - Çelik qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İnsan Hüquqları Fəaliyyət Planı adı altında islahatlar həyata keçirir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/542047.html