Çində internet istifadəçilərinin sayı 1 milyarda yaxınlaşıb

 23:20 02.03.2021     61

Çin Milli Statistika Bürosunun məlumatına görə, ölkədə internet istifadəçilərinin sayı 1 milyarda yaxınlaşıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, 2020-ci ilin sonunda Çində internet istifadəçilərinin sayı 989 milyon olub. Ölkədə internetin nüfuzetmə səviyyəsi 70,4%-ə bərabərdir. Bu göstərici kənd yerlərində yüksələrək 55,9% olub.

Milli Statistika Bürosunun məlumatına görə, Çində 1,59 milyard mobil telefon istifadəçisi qeydə alınıb. Çində hər 100 sakinə 113,9 mobil telefon düşdüyü məlum olub. Həmçinin sözügedən ölkədə 483,55 milyon genişzolaqlı internet istifadəçisi var.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/926876.html