Ərdoğandan Makrona: Avropadan Qafqaza...

 00:53 03.03.2021     66

Türkiyə və Fransanın dostluq münasibətlərinə davam etməsini istəyirik.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla videoformatda keçirilən görüşündə bildirib.

"İki güclü NATO müttəfiqi olaraq, Avropadan Qafqaza, Yaxın Şərqə və Afrikaya qədər geniş bir coğrafiyada təhlükəsizlik, sabitlik və sülh səylərinə mühüm töhfələr verə bilərik. Atacağımız addımlar var. Bütün bu məsələlərdə Türkiyə və Fransanın birgə hərəkət etməsini arzulayırıq," - Ərdoğan qeyd edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/542070.html