“Şuşa da, Qarabağ da Azərbaycanındır” - Ermənidən etiraf - VİDEO

 00:51 03.03.2021     58

"Kim deyir ki, Şuşa bizimdir, ermənilərindir?! Şuşa bizim şəhərimiz deyil. Şuşanı o zaman Sparapet (Ermənistanın sabiq müdafiə naziri Vazgen Sarkisyan, - red.) əsgərləri ilə birlikdə ələ keçirmişdi. Əlbəttə ki, Şuşa da, Qarabağ da Azərbaycanındır".

Millim.Az Yerevan Today-ə istinadən bildirir ki, İrəvanda keçirilən mitinq zamanı bu şəhər sakini, orta yaşlı erməni qadın deyib. Qadının yanında dayananlar da onu dəstəkləyiblər.

"Nikol Paşinyan düz edir, onu dəstəkləyirik. Əslən Qarabağdan olanlar 30 il bizi idarə etdilər, bizə divan tutdular. Qarabağı işğal etdik, nə oldu? Ələ keçirdiyimiz ərazilərdə yaşadıq, evlər və məktəblər tikdik?! Yox, hamısı viranə idi. Yüz milyonlarla dollar pulu, milyardları "Qarabağa xərcləyirik" adı ilə yedilər, həzm etdilər. Bəsdir artıq. Öz dərdimiz özümüzə bəsdir", - irəvanlılar deyiblər.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/927325.html