Rusiyaya etibar etməməliyik: ruslar da uduzdu... - Babacanyan

 01:11 03.03.2021     59

Qarabağdakı müharibədə təkcə Ermənistan deyil, döyüşlərdə aşağı effektivlik göstərən silahları ilə Rusiya da uduzdu.

Axar.az xəbər verir ki, bunu erməni deputat Arman Babacanyan deyib.

“Əgər bunu deməyə cəsarətimiz çatmayacaqsa, ordumuzu bərpa edə bilməyəcəyik. Ermənistanın müdafiə qabiliyyətini gücləndirmək üçün müasir yanaşmalara ehtiyac var. Bunun üçün digər ölkələrdən yardım lazımdır. Ermənistan Rusiyaya etibar etməməlidir. Çünki rus silahları ilə silahlanma müasir müharibə üçün yararsızdır”, - Babacanyan bildirib.

Deputatın sözlərinə görə, Baş nazir Nikol Paşinyan xarici siyasət vektorunu dəyişməlidir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/542075.html