Rusiyadan ABŞ-a xəbərdarlıq: Odla oynama...

 01:11 03.03.2021     63

Moskva ABŞ-ın yeni sanksiyalarının Rusiya əleyhinə hücum kimi qiymətləndirir.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

“Moskva ABŞ-ın yeni sanksiyalarına dözmək niyyətində deyil və buna qarşılıqlı əlaqə prinsipi əsasında reaksiya verəcək. ABŞ-ı odla oynamamağa çağırırıq”, - bəyanatda bildirilib.

Qeyd edək ki, bu gün AB və ABŞ Aleksey Navalnıya görə, Rusiyaya sanksiyalar tətbiq edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/mdb/348316.html