Nazir Kazımova yüksək vəzifə verdi - Foto

 01:26 03.03.2021     63

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni kadr təyinatı olub.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Qəhrəman Kazımov Oqtay oğlu nazirin yeni müşaviri vəzifəsinə təyin edilib.

Q.Kazımov bu təyinata qədər 2018-2021-ci illərdə "Azerfon” MMC (Nar) şirkətində strategiya, kommersiya, marketinq, satış, biznesin inkişafı, qiymət siyasəti kimi istiqamətlər üzrə rəhbər vəzifələrində işləyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/542083.html