Saakaşvilinin partiyasının ofisinə hücum edildi

 01:43 03.03.2021     53

Gürcüstanın Qori şəhərində müxalif “Vahid Milli Hərəkat” partiyasının ofisinə hücum olunub.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, iki nəfər ofisin şüşələrini sındırıblar:

“Özgə əmlakına zərər vermə ittihamı ilə 1966 və 1994-cü il təvəllüdlü şəxslər yaxalanıblar. Onları 3 ilə qədər həbs cəzası gözləyir”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/542079.html