Tokio Olimpiadası ilə bağlı mühüm addım

 01:53 03.03.2021     59

Tokio Olimpiadasının təşkilat komitəsində çalışan qadınların ümumi sayının artırılması planlaşdırılır.

Axar.az xəbər verir ki, bu barədə Tokio-2020-nin təşkilat komitəsinin Baş katibi Toşiro Muto jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, komitəyə daha 12 qadın işçinin cəlb edilməsi ilə onların ümumi sayının 42 faizə çatdırılması planlaşdırılır.

Qeyd edək ki, daha öncə Tokio Olimpiadasının təşkilat komitəsinin yeni seçilmiş rəhbəri Seyko Haşimoto qurumda çalışan qadınların sayını 40 faizə çatdıracağını vəd etmişdi.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/542084.html