Dəmir yolları ilə ötən il 14 milyon tondan çox yük daşınıb

 13:19 03.03.2021     41

2020-ci ildə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC 14 milyon 631,5 min ton yük daşıyıb ki, bu da 2019-cu ilə nisbətən 3,8% azdır.

Bu barədə Milli.Az-a QSC-dən bildiriblər.

Məlumata görə, yük daşımalarının 7 milyon 683,4 min tonu və yaxud 52,5%-i beynəlxalq (idxal-ixrac) daşımalar olub. Bu, illik müqayisədə 5,5% azdır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/economy/927418.html