Perenciyevdən İrəvana: 4 ildə sınaqdan keçirməmişdiniz?

 13:32 03.03.2021     43

Erməni siyasətçiləri və yüksək rütbəli hərbçilərin “İsgəndər” əməliyyat-taktiki komplekslərinin guya işlək olmayan raketlərinə dair bəyanatlarını məhz indi səsləndirmələri çox qəribə görünür. Niyə bu fikirlər Azərbaycanın qərb rayonlarında hərbi əməliyyatların başa çatmasından sonra səsləndirilir? Məgər illərdir bu komplekslər bir dəfə də olsu hərbi-taktiki sınaqdan keçirilməyib?

Bu barədə Axar.az-a Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti, “Rusiya zabitləri” ekspert şurasının üzvü Aleksandr Perenciyev deyib.

“Qeyd edim ki, “İsgəndər” kompleksləri 2016-cı ildə Ermənistanın arsenalına daxil olub və indiyədək rəsmi İrəvan Moskvaya heç bir irad bildirməyib. Belə təəssürat yaranır ki, erməni hərbçiləri Rusiyadan alınmış bu raket komplekslərini yalnız paradlarda nümayiş etdirmək niyyətində idilər. Onlarda heç raket komplekslərinin hərbi təlimlərdə döyüş qabiliyyətini yoxlamaq icazə belə olmayıb. Belə çıxır ki, “İsgəndər”lər Ermənistanda döyüş üçün vasitə kimi deyil, yalnız muzey eksponatları kimi istifadə olunurdu. Yəni, bunun iki məntiqli izahı var:

Birinci, 2020-ci ilin payız döyüşlərində erməni hərbçilərinin qarşılaşdıqları problemləri “İsgəndər”lərin özündə deyil, onlardan döyüşdə istifadə edənlərdə axtarmaq lazımdır.

İkincisi, yüksək rütbəli erməni hərbiçilər bu suala cavab veməlidilər: “İsgəndər”lər niyə təlimlərdə istifadə edilməyib?” - deyə müsahibimiz vurğulayıb.

Sonda həmsöhbətimiz İvan Krılovun “Meymun və güzgü” təmsilindən bir parça ilə ermənilərə müraciət etdi: “Başqalarının uydurma səhvlərini saymaqdansa, hərə özünə fikir versə, yaxşı olar”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/542169.html