“33 il mənasız yaşamışam” - Merve Özbey

 13:39 03.03.2021     46

Bir neçə gün əvvəl ana olan müğənni Merve Özbey körpəsi ilə xəstəxanadan ayrılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, çıxışda media mənsublarını görən ifaçı onlarla ayaqüstü söhbət edib.

Qızına mərhum atasının istəyi ilə Elif Özüm adını verən Merve onu ilk dəfə qucağına alarkən yaşadığı sevinc hisslərindən bəhs edib:

"Qızımı qucağıma alanda anladım ki, 33 il mənasız yaşamışam. Artıq həyatımız onun üzərinə qurulacaq. Allah övlad həsrətində olan hər kəsə körpə qismət etsin. Bu ifadəsi mümkünsüz bir sevinc hissidir".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/927438.html