Sərkisyan vəd verdi: Qasparyanın istefası...

 13:56 03.03.2021     61

Ermənistan Prezidenti Armen Sərkisyan yaxın saatlarda Onik Qasparyanın istefası ilə bağlı öz mövqeyini təqdim etmək vədini verib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan deyib.

“Sərkisyanla Baş Qərargah rəisinin istefası ilə bağlı müraciətin Konstitusiya Məhkəməsinə göndərilməsini müzakirə etdik. O, bizim yanaşmalarımızı dinlədi və dedi ki, yaxın saatlarda öz mövqeyini dilə gətirəcək”, – deyə o bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/542174.html