Çavuşoğlu Gürcüstanın XİN başçısı ilə görüşdü

 14:02 03.03.2021     48

Ankarada Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu ilə gürcü həmkarı David Zalkaliani arasında təkbətək görüş keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Tvitter hesabında yazıb.

O, səmimi qəbula görə dost və həmkarı M.Çavuşoğluya minnətdarlığını bildirib.

XİN başçısı görüşdə ikitərəfli əməkdaşlıq, eyni zamanda ölkələr arasında dostluq və strateji tərəfdaşlığın inkişafı məsələlərinin müzakirə olunduğunu vurğulayıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/542176.html