DİN yayılan fotoya münasibət bildirdi

 14:05 03.03.2021     46

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə nazirliyin rəsmi Feysbuk səhifəsinin adından vətəndaşa xoşagəlməz rəy yazılması iddiası ilə bağlı açıqlama verib.

DİN-in Mətbuat xidmətindən Axar.az-a bildirilib ki, sosial şəbəkələrdə yayılan foto montajdır.

Qeyd edək ki, sosial şəbəkələrdə DİN-in rəsmi hesabından vətəndaşa “bir öz vidinə bax, sonra nəsə yaz” yazılması iddiası ilə foto paylaşılıb. Həmin foto sosial şəbəkələrdə müzakirə edilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/542178.html