Yaponiyalı milyarder Aya uçuş üçün komanda toplayır

 14:09 03.03.2021     35

Yaponiyalı milyarder, "Zozotown" geyim şirkətinin təsisçisi Yusaku Maedzava Ay ətrafında səyahət üçün 8 nəfərdən ibarət komanda toplayır.

Milli.Az Trend-ə istinadən bildirir ki, insanların Ay ətrafında uçuşunun 2023-cü ildə "SpaceX" tərəfindən həyata keçirilməsi planlaşdırılır.

"Starship" kosmik gəmisi ilə 10-12 nəfərin uçuşu nəzərdə tutulub.

Uçuş 6 gün davam edəcək.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/927454.html