Ermənistan polisi xəbərdarlıq etdi: Provokasiya...

 14:11 03.03.2021     37

Ermənistan polisi müxalifətin mitinqi zamanı provokasiyaların olmasını istina etmir.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan polisi yayıb.

“Polis informasiya əldə edib ki, 3 mart 16:00-da planlaşdırılan mitinqdə provokasiyalar ola bilər. Kütləvi tədbirləri qanun çərçivəsində keçirməyə, qanuna zidd fəaliyyətlərdən yayınmağa və provokasiyalara getməməyə çağırırıq”, – deyə məlumatda bildirib.

Polis eyni zamanda asayişi qorumaq üçün bütün vasitələrdən istifadə ediləcəyini açıqlayıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/542175.html