Fəxrəddin Manafovun həyat yoldaşı dəfn edildi - FOTO

 14:22 03.03.2021     43

Xəbər verdiyimiz kimi, Xalq artisti Fəxrəddin Manafovun həyat yoldaşı Vahidə Sadıqova dünyasını dəyişib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, mərhum Xırdalan qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, V.Sadıqova uzun müddətdir xərçəngdən əziyyət çəkirdi. Son günlər səhhəti pisləşən V.Sadıqova xəstəxanaya yerləşdirilmişdi. O, bu gün gecə saatlarında xəstəxanada vəfat edib. Mərhumun 65 yaşı var idi.

V.Sadıqova Azərbaycan dövlət televiziyasında diktor işləyib.

Milli.Az

 
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/927530.html