Bu il Azərbaycanın ümumi daxili məhsulu 4 faiz artacaq - Moody’s

2021-ci ildə Azərbaycanın ümumi daxili məhsulu 4 faiz artacaq.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.
Qeyd olunur ki, ötən il ölkə iqtisadiyyatında 4 faiz azalma müşahidə olunmuşdu. 2022-ci ildə isə Azərbaycanda ÜDM-in 3 faiz artması proqnozlaşdırılır.
Eyni zamanda "Standard & Poor's" beynəlxalq reytinq agentliyi 2022-2024-cü illərdə Azərbaycanda ümumi daxili məhsulun ortalama 3,9 faiz artımını proqnozlaşdırıb.
Milli.Az
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/economy/927524.html