Niderlandda koronavirus test mərkəzində partlayış olub

 14:49 03.03.2021     35

Niderlandın Bovenkarspel şəhərində koronavirus test mərkəzində partlayış olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə yerli polis bildirib.

Partlayış nəticəsində binaya ziyan dəyib. Xəsarət alanların olmadığı deyilir.

Hadisə ilə bağlı araşdırma aparılır. İlkin ehtimallara görə, binada boru partlayıb.

Milli.Az 


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/927465.html