ABŞ-da xəstə yatan nazirin vəzifəsini kim icra edir?

 15:17 03.03.2021     45

Hazırda gənclər və idman naziri Azad Rəhimovun səlahiyyətlərini nazir müavini İntiqam Babayev icra edir.

Bu sözləri Axar.az-a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova deyib.

Qeyd edək ki, gənclər və idman naziri Azad Rəhimov artıq bir neçə aydır səhhətində yaranan problemlə bağlı ABŞ-da müalicə alır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/542198.html