İrəvan PUA-dan qorunmağın yolunu “tapdı” - Video

Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyan peyk naviqasiya sistemlərini dəf etmək üçün hazırlanmış X-100 elektron mübarizə “stansiyası”nı təqdim edib.
Axar.az xəbər verir ki, Arşakyan stansiyanın məqsədinin GPS, GLONASS, PUA-lar və digər avadanlıqların naviqasiya sistemlərinin fəaliyyətini 100 km-ə qədər məsafədə bloklamaqdan ibarət olduğunu bildirib.
Arşakyan bu “stansiyanın” hansı peyklə və necə işlədiyini açıqlamayıb.
Qeyd edək ki, 44 günlük müharibədə Azərbaycan PUA-larının zərbəsinin yaratdığı xof Ermənistanda davam edir. Hələ o zaman Ermənistan “yüksək keyfiyyətli” dronlarını nümayiş etdirməkdən belə utanmırdı.
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/542200.html