Qasparyana cinayət işi açıldı

 15:54 03.03.2021     42

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyana qarşı baş prokurorluqda cinayət işi açılıb.

Publika.az xəbər verir ki, iddianı “Armlur.am” erməni saytı yayıb.

Baş prokurorluğun mətbuat xidməti cinayət işi və icrası ilə bağlı iddiaları təkzib edib.

Xatırladaq ki, 25 fevralda Ermənistan silahlı qüvvələrinin baş qərargahı Ermənistanın baş naziri Nikol Paşinyanın siyasi rəhbərliyinin dövləti təhlükəli həddə apardığını söyləyərək istefasını tələb etməsindən sonra ölkədəki siyasi böhran daha da kəskinləşib. Buna cavab olaraq Nikol Paşinyan çevriliş cəhdini elan etdi və Qasparyanın vəzifəsindən uzaqlaşdırılmasına dair qərar imzaladı.

Prezident Armen Sarkisyan bu sənədi imzalamayıb.

Zümrüd


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/southcaucasus/348384.html