Niderlanddakı erməni təşkilatının növbəti saxtakarlığı ifşa edilib - FOTO

 15:59 03.03.2021     43

Avropada yaşayan soydaşlarımız Niderlandda fəaliyyət göstərən, erməni faşisti və hərbi cinayətkar Qaregin Njdenin adını daşıyan radikal erməni təşkilatının növbəti təxribatını ifşa edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri Emil Əliyev bildirib ki, bu təşkilat Azərbaycanın Niderlanddakı səfirliyin qarşısında qondarma və uydurma "soyqrımlar anımı" aksiyasına çağırış edib. Bu məqsədilə sosial şəbəkələrdə və təşkilatın internet səhifəsində istifadə etdiyi elan posterində Xocalı soyqırımı qurbanlarını ermənilər kimi təqdim edilib.

Media Qrupu Niderland, İtaliya və Avropanın diqər ölkələrində yaşayan həmyerlimizlərlə birlikdə etiraz kampaniyasına başlayıb. Təşkilatın səhifəsinin şərh və mesaj bölümünə yüzlərlə şərh və mesaj yazan soydaşlarımız həmin paylaşımı sildirməyə nail olublar.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/927541.html