Karantini yumşaltsaq, mutant virus yayılacaq - Professor

 21:25 03.03.2021     58

Türkiyəli professor Mehmet Ceyhan karantin qaydalarının yumşalmasından sonra mutant virusun artacağını bildirib.

Milli.Az xəbər verir ki, Mehmet Ceyhan hər ölkədə mutasiyanın olduğunu deyib:

"Bunu izləmək, araşdırmaq üçün, olduqca qarmaqarışıq, vaxt və pul tələb edən "sekans analizi" dediyimiz, virusun genini göstərən analizləri bütün törəyən viruslara etmək lazımdır. Bu göründüyü qədər asan iş deyil. Bunu yaxşı araşdıran ölkələrdə mutasiya virusunun sayı çox yüksək çıxır. Mutasiya virusun Türkiyədə də yayıldığını nəzərə alaraq, karantini aradan qaldırmaq olduqca riskli bir vəziyyətdir. Mutant virusun yayıldığı ölkələrdə karantini qaldırmaq yerinə tədbirləri gücləndirirlər. Türkiyəni də nəzərə alaraq, karantini aradan götürsək, mutant virusu daha sürətlə yayılacaq". /medicina.az

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/927202.html