Türk Şurasına qoşulmaq istəyirik - Ukrayna

 21:34 03.03.2021     61

Ukrayna Özbəkistanı “Krım platforması” sammitinə dəvət edib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün Ukrayna xarici işlər nazirinin müavini Əminə Cabbarova ilə Özbəkistanın Kiyevdəki səfiri Əlişir Kurmanov arasında görüş keçirilib.

Görüş zamanı Cabbarova Ukraynanın Türk Şurasında müşahidəçi statusu almaq niyyətində olduğunu bildirib.

“Müşahidəçi statusu almaq şuraya üzv dövlətlərlə münasibətləri inkişaf etdirmək üçün əlavə imkanlar yaratmaqla yanaşı, Ukraynanın Türk dünyası ilə xüsusi əlaqələrini nümayiş etdirməyə imkan verəcək”, - Cabbarova deyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/542287.html