Fələstindən Baydenə çağırış: Bu səhvlərdən geri dön!

 21:43 03.03.2021     62

Bayden administrasiyasının Fələstin məsələsində atılan səhv addımlardan geri dönməsini gözləyirik.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Fələstinin xarici işlər naziri Riyad əl-Maliki çıxış edib.

"Bayden dönəmində Fələstin məsələsinin həllinə yönəlik heç bir fürsəti qaçırmamalıyıq. Beynəlxalq hüquqa əsaslanan hər bir təşəbbüsə müsbət yanaşmağa hazırıq", - Malik vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın verdiyi bir çox qərarları dəyişsə də, İsrail səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı qərara toxunmayıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/542289.html