Dilavər Əzimli dəfn olundu - Foto

 22:32 03.03.2021     67

Bu gün vəfat edən tanınmış tarixçi alim Dilavər Əzimli dəfn olunub.

Axar.az xəbər verir ki, o, doğulduğu Cəlilabad rayonunun Ağdaş kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, 62 yaşlı D.Əzimli ilin əvvəlindən koronavirusa yoluxaraq FHN-nin Zığdakı modul tipli xəstəxanasında müalicə alırdı.

Qeyd edək ki, tarix elmləri üzrə fəlsəfə doktoru olan D.Əzimli AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi idi, həmçinin pedaqoji fəaliyyətlə məşğul olurdu. Bu günə qədər onun 104 elmi əsəri çapdan çıxıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/542299.html