Martın 8-də Azərbaycan ərazisində ictimai nəqliyyat işləməyəcək

 22:28 03.03.2021     57

Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 9 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Milli.Az bildirir ki, Nazirlər Kabineti bununla bağlı "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarında müvafiq dəyişiklik edib.

Xatırladaq ki, bundan öncə "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərara əsasən, Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 8 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılmalı idi.

Qeyd edək ki, 8 mart Qadınlar günü iş günü olmayan bayram günüdür.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/927693.html