Azərbaycanlı aktyor doğum günündə həbs edildi

 22:44 03.03.2021     79

Mingəçevir Dövlət Dram Teatrının aktyoru İbrahim Salamov (Türksoy) həbs edilib.

Kult.az xəbər verir ki, bu barədə Ölkə.az-a aktyorun ailəsindən məlumat verilib. Bildirilib ki, Şəki apellyasiya məhkəməsi aktyora 8 ay həbs cəzası kəsib.

Qeyd edək ki, İbrahim Salamov Mingəçevir Mənzil kommunal təsərrüfatı istehsalat birliyinin rəisi Şəhriyar Mustafayevin şikayəti əsasında həbs edilib.

Xatırladaq ki, aktyor öz doğum günündə məhkəmə zalında həbs edilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/hadise/542303.html