Millinin oyunu neytral meydanda keçiriləcək

 22:48 03.03.2021     64

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 24-də keçiriləcək Portuqaliya - Azərbaycan oyunu İtaliyanın Turin şəhərində, "Yuventus" klubuna məxsus stadionda təşkil olunacaq.

Publika.az xəbər verir ki, bununla bağlı AFFA-ya müvafiq rəsmi məlumat UEFA-dan, Portuqaliya Futbol Federasiyasından və "Yuventus" klubundan göndərilib və AFFA tərəfindən razılıq verilib.

Portuqaliya milli komandasının ev oyununun neytral meydanda keçirilməsinin səbəbi COVID-19 pandemiyasıdır.

UEFA AFFA-ya, Portuqaliya Futbol Federasiyasına və İtaliya Futbol Federasiyasına əməkdaşlığa görə təşəkkür edir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/348428.html