Bakıda 20 min müəllim peyvənd olunacaq

 23:24 03.03.2021     61

Kütləvi vaksinasiya məktəblərin əyani tədrisə keçidini daha da sürətləndirəcək.

Axar.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

O qeyd edib ki, 50 yaşdan yuxarı olan təxminən 20 min müəllim və texniki işçi vaksinasiyadan keçəcək. Bunun üçün Bakıda 5 məktəb mərkəz kimi təşkil edilib.

M.Vəliyeva deyib ki, vaksinasiya bizim normal həyata keçməyimizi təmin edəcək.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/542304.html