Göyçayda 37 yaşlı kişi dəm qazından boğularaq ölüb - FOTO

 23:30 03.03.2021     75

Göyçayda 37 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Göyçay şəhərinin Rəsul Rza küçəsində qeydə alınıb.

Göyçay şəhər sakini, 1984-cü il təvəllüdlü Həsənov Emin Kamil oğlu yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/927695.html