ABŞ-dan şok: Artıq avtoritar rejimləri zorla devirməyəcəyik

 23:43 03.03.2021     65

Vaşinqton artıq rejimləri devirməyəcək və demokratiyanı işə yaramadığı üçün zorla təbliğ etməyəcək.

Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ dövlət katibi Entoni Blinken çıxış edib.

Blinken ABŞ rəhbərliyinin demokratiyadan imtina etmədiyini, ancaq artıq məcburi şəkildə demokratiyanı diqtə etməyəcəklərini vurğulayıb:

"Demokratiyanı daha başa gələn hərbi əməliyyatlar və ya avtoritar rejimlərin zorla devrilməsi yolu ilə tətbiq etməyəcəyik. Əvvəllər belə taktikaları sınadıq və nə qədər yaxşı niyyətli olsaq da, nəticə hasil olmadı".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/542306.html