Gəncədə beşotaqlı evdə yanğın

 23:52 03.03.2021     68

Gəncə şəhərinin Nizami rayonunda beşotaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, ümumi sahəsi 100 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və dam örtüyü 71 m² sahədə, digər otağının tavanı 16 m² sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/hadise/542318.html