Türkiyə vaksinlə bağlı Gürcüstana kömək edə bilər

 23:49 03.03.2021     59

"Tiflislə Ankara arasında pandemiya ilə mübarizə sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub".

Publika.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani jurnalistlərə açıqlamasında deyib.

Nazir Gürcüstanın peyvənd sahəsində Türkiyə ilə əməkdaşlıq edə biləcəyini qeyd edib:

“Bu gün vaksinlə bağlı problem var. Ümid edirəm ki, bu sahədə Türkiyə ilə əməkdaşlıq istiqamətində yaxın zamanlarda nəzərəçarpacaq nəticələr əldə olunacaq”.

Qeyd edək ki, Gürcüstana koronavirus əleyhinə vaksinin fevral ayında çatdırılacağı gözlənilsə də, proses ləngiyir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/southcaucasus/348432.html