Tramp Pensi istəmədi: Başqa namizəd tapın...

 00:12 04.03.2021     70

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il prezident seçkilərinə Maykl Penslə qatılmayacaq.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

Məlumata görə, Tramp yaxınları ilə söhbətində bildirib ki, vitse-prezidentliyə namizəd qismində Maykl Pensi seçməsinlər. Keçmiş prezident Pensə alternativ adları müzakirə edib. Müzakirə olunan adlar arasında afro-amerikalı və ya qadın namizəd də var.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/542320.html