Myanmada toqquşmalar zamanı 38 nəfər ölüb

 00:00 04.03.2021     55

Myanmada etirazçılar və polislər arasında toqquşmalar baş verib.

Publika.az xəbər verir ki, bunu brifinq zamanı BMT-nin xüsusi elçisi Kristin Şraner Burqener deyib.

Onun sözlərinə görə, polislər etirazçılara qarşı odlu silahdan istifadə ediblər:

"Bu gün fevralın 1-i baş verən çevrilişindən bəri ən pis gün idi. Toqquşmalar zamanı 38 nəfər ölüb, fevralın 1-dən bəri ümumi ölənlərin sayı 50 nəfəri keçib".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/dunya/348433.html