Bu ölkədə ən qanlı gün: 38 ölü...

 00:31 04.03.2021     84

Myanmada baş verən etirazların və toqquşmaların gedişində ən azı 38 nəfər həlak olub.

Axar.az xəbər verir ki, bu barədə BMT-nin Myanma üzrə xüsusi nümayəndəsi Kristin Şraner-Burqener bildirib. O, bu günü çevrilişdən sonrakı “ən qanlı gün” adlandırıb.

Xüsusi nümayəndə hərbçilərin hakimiyyətə gəlişindən sonra ümumilikdə 50-dən çox insanın həlak olduğunu, çox sayda insanın isə yaralandığını deyib.

Onun sözlərinə görə, Myanmada 1200-dən artıq insan saxlanılıb, onların bir çoxundan ailələri belə xəbər ala bilmir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/542321.html