Vazgen Manukyana qarşı cinayət işi açıldı

 00:31 04.03.2021     113

Müxalifət lideri Vazgen Manukyana qarşı cinayət işi açılıb.

Publika.az TASS-a istinadla xəbər verir ki, Ermənistanın İstintaq Komitəsi Manukyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 301-ci maddəsi ilə (hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar) ittiham irəli sürüb.

Məlumata görə, Vazgen Manukyan bu il fevralın 12-də və 20-də Azadlıq Meydanında baş tutan mitinqlərdə açıq şəkildə konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış edib.

Vazgen Manukyana üç ilə qədər həbs cəzası verilə bilər.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/southcaucasus/348435.html