Erməni müxalifət liderinə cinayət işi açıldı

 01:30 04.03.2021     67

Ermənistan İstintaq Komitəsi müxalifət lideri Vazgen Manukyana qarşı hakimiyyəti zorla ələ keçirməyə çağırış maddəsi ilə cinayət işi açıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

“Vazgen Manukyan bu il fevralın 12-də və 20-də Azadlıq meydanında keçirilən mitinqlərdə açıq şəkildə hakimiyyəti ələ keçirməyə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış edib. Bununla əlaqədar Vazgen Manukyanın Ermənistan Cinayət Məcəlləsinin 301-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsinə qərar verilib”, - məlumatda qeyd olunub.

Manukyanı 3 müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/542330.html