Hər iki istiqamətdə qatlana bilən displey təqdim edilib

 22:10 04.03.2021     63

Çinin "BOE" şirkəti hər iki istiqamətdə qatlana bilən displey təqdim edib. Şirkət bir neçə əlavə matris qatına malik xüsusi hazırlanmış konstruksiya sayəsində bu xüsusiyyəti reallaşdırmağa nail olub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, istehsalçının məlumatına görə, yeni nəsil ekranların xidmət dövrü 200 minədək qatlanmaya bərabərdir. Digər brendlərin cari texnoloji hazırlamalarından fərqli olaraq, Çinin "BOE" şirkətinin məhsulu istənilən istiqamətdə qatlana bilir.

Şirkət ilk prototip partiyasını daha dəqiq yoxlamaq üçün onu yaxın gələcəkdə öz tərəfdaşlarına göndərməyi planlaşdırır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/927676.html