Ukraynada pandemiyanın üçüncü dalğası başlayıb

 22:24 04.03.2021     68

Ukraynada koronavirus pandemiyasının üçüncü dalğası başlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu mətbuat konfransında Ukraynanın Baş naziri Denis Şmiqal açıqlayıb. O bildirib ki, ölkədə gündəlik yoluxma sayı hər gün artır. Şmiqalın sözlərinə görə, artan rəqəmləri görməzdən gəlmək mümkün deyil. Bu səbəbdən karantin məhdudiyyətləri daha da sərtləşdirilə bilər.

Qeyd edək ki, son sutka ərzində Ukraynada koronavirusa 10 057 yoluxma halı qeydə alınıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/928009.html