Helikopter qəzası: Ərdoğan Akardan məlumat aldı

 22:28 04.03.2021     70

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan faciəvi helikopterə qəzası ilə bağlı milli müdafiə naziri Hulusi Akardan məlumat alıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Dövlət başçısının axtarış-xilasetmə əməliyyatı ilə bağlı müntəzəm məlumatlandırıldığı deyilib.

Ərdoğan qəzada həlak olan hərbçilərin ailələrinə başsağlığı verib, qəzada yaralananlara da şəfalar diləyib.

Qeyd edək ki, Bitlisdə hərbi helikopterin qəzaya uğraması nəticəsində general-leytenant da daxil olmaqla 10 hərbçi həlak olub, 3-ü isə yaralanıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/542544.html