Yeni “Microsoft Surface Laptop 4”da “Intel” və “AMD” prosessorları olacaq

 22:30 04.03.2021     62

"Microsoft" şirkəti "Surface Laptop" noutbuklarının yeni nəslini hazırlayır. Qurğunun sınaq nümunəsi populyar "GeekBench" testində iştirak edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, noutbukun dördüncü nəsli 13,5 və 15 düym olmaqla iki ölçüdə buraxılacaq. Hər diaqonal "Intel" və ya "AMD" prosessorları ilə təklif olunacaq. "Surface Laptop 4" xarici görünüşünə görə "Surface Laptop 3" noutbukunu xatırladacaq.

Testdə iştirak edən konfiqurasiyalardan biri "Intel Core i5-1135G7" prosessoru, "Intel Iris Xe" qrafik sürətləndiricisi və 8 giqabaytlıq genişlənməyən operativ yaddaş tutumu ilə təchiz edilib. "AMD" prosessorlu versiya "AMD Ryzen 5 3580U" çipini nəzərdə tutur.

Qiyməti açıqlanmayan dördüncü nəsil "Surface Laptop" noutbukunun təqdimatı aprelə planlaşdırılır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/927673.html