Xiaomi Mi Mix seriyasının yeni smartfonu qatlana bilən ola bilər

 23:15 04.03.2021     68

Nüfuzlu insayder Ross Young Xiaomi şirkətinin Mi Mix smartfon seriyası barəsində yeni məlumat verib. Onun sözlərinə əsasən Mi Mix seriyasına daxil olacaq yeni smartfon qatlana bilən ekrana sahib olacaq və iPhone-nun adlandırılmasında istifadə olunan sözləri əldə edəcək. İnsayder qeyd edib ki, Mi Mix seriyasına daxil olacaq yeni smartfon təqribi olaraq Mi Mix 4 Pro Max adını əldə edəcək.

Onun üçün qatlana bilən ekranların istehsalı ilə isə China Star şirkəti məşğul olacaq. Qeyd etmək lazımdır ki, əvvəlki məlumatlarda bildirilmişdi ki, Xiaomi üçün ekranların istehsalı ilə Samsung Display şirkəti məşğul olacaq. Lakin insayder bildirib ki, Samsung Display yalnız bu ilin ikinci rübündən başlayaraq Xiaomi-ni lazımi ekranlarla təchiz edəcək və onun ekranlarının ölçüləri China Star şirkətinin istehsal etdiyi ekranların ölçülərindən bir qədər böyük olacaqlar.

Gözləntilərə əsasən Xiaomi-nin ilk qatlana bilən smartfon modeli tam açıq şəkildə 6.38 düym ekrana sahib olacaq. Xiaomi hələ 2019-cu ildə bu cür smartfonun prototipini sərgiləmişdi. Lakin şirkət hələ də qatlana bilən smartfon modelini təqdim etməyib. Bu müddət ərzində şirkət qatlana bilən smartfon məsələsində bir sıra dizaynların patentlərini əldə edib. Xiaomi-nin ilk qatlana bilən smartfon modelinin texniki özəllikləri və nə zaman təqdim olunacağı barəsində məlumat hələki yoxdur.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/927669.html