Bakıda maaşlar 6,9 faiz artdı

 23:13 04.03.2021     60

Bakı şəhəri üzrə muzdla çalışanların orta aylıq nominal əməkhaqqı açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Belə ki, 2020-ci ilin yanvar-dekabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artaraq 927,2 manat təşkil edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/sosial/348550.html