NATO-dan Türkiyəyə başsağlığı

 23:16 04.03.2021     68

NATO Baş katibi Yens Stoltenberq Türkiyədə baş verən hərbi helikopter qəzası ilə bağlı qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğluya başsağlığı verib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Stoltenberq NATO-nun Türkiyə ilə həmrəy olduğunu bildirib.

Qeyd edək ki, Bitlisdə hərbi helikopterin qəzaya uğraması nəticəsində general-leytenant da daxil olmaqla 10 hərbçi həlak olub, 3-ü isə yaralanıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/542546.html