Avropada istehsalçılar texnikanı 10 il müddətinədək təmir etməli olacaqlar

 23:20 04.03.2021     70

1 mart tarixində Avropa İttifaqında istehsalçıların üzərinə məişət texnikasını 10 il müddətinədək təmir etmək öhdəçiliyi qoyan qanun qüvvəyə minib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, indi Avropada soyuducu, paltaryuyan maşın, fen və ya televizor alıcıları "təmir hüququ"ndan yararlana bilərlər. Qanuna görə, istehsalçılar ehtiyat hissələrinin əlçatanlığını 10 il müddətinədək təmin etməlidir. Lakin bəzi komponentlər yalnız peşəkar təmir şirkətləri üçün əlçatan olacaq. Bundan başqa, yeni texniki avadanlıqlar təmir üzrə təlimatlarla birgə tədarük edilməlidir. Eyni zamanda avadanlığı adi alətlərin köməyi ilə təmir etmək imkanı mümkün olmalıdır.

Bu qanun ekoloji vəziyyəti yaxşılaşdırmalıdır. İndi avropalılar hər il adambaşına 16 kq-dan çox avadanlıq tullantıları "yaradırlar" və onun yarısı xarab olmuş məişət cihazlarının payına düşür.

Gələcəkdə "təmir hüququ"nun smartfon, noutbuk və başqa qurğulara tətbiqi gözlənilir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/927681.html